Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “Novruz ənənələri Azərbaycan incəsənətinə böyük töhfələr verib”
Novruzəli Aslanov: “Novruz ənənələri Azərbaycan incəsənətinə böyük töhfələr verib”Bu gün, 10:02. Yazar: sevinc1 |
![]() “Keçən il Azərbaycan bir çox möhtəşəm tarixi ilklərə imza atdı. Əlbəttə ki, bu əlamətdar hadisələrdən biri də xalqımızın öz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq ən əziz bayramı olan Novruzu istisnasız bütün ərazilərində qeyd etməsi oldu. Novruz tonqalları bu gün artıq ikinci ildir ki, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və azad olunmuş bütün digər şəhər və rayonlarımızda, qəsəbə və kəndlərimizdə alovlanır. Hələ uzaq 1996-ci ildə Gənclər Meydanında, Qoşa Qala qapısı önündə keçirilən Novruz şənliyində xalqa müraciət edən Uli Öndər Heydər Əliyev demişdir: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik.” Bu tarixi sözlər 27 il sonra tam olaraq gerçəkliyə çevrildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderimizin bu vəsiyyətini də yerinə yetirdi. Bu gün Novruzun mübarək qədəmləri Şuşa, Xankəndi, Xocalı da daxil olmaqla Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsinə dəyir.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Deputat fikirlərini davam etdirərək Novruz bayramının fəlsəfəsi və mahiyyətindən bəhs edib: “Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə, Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır. Bu gün isə Novruz artıq siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkül tapmasına zəmin yaradıb. Sevindirici haldır ki, Novruz bu gün artıq həm də beynəlxalq statusa malik olan bir bayramdır. Belə ki, 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində Novruz bayramı UNESCO tərəfindən təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Novruz ənənələri Azərbaycan incəsənətinə də öz təsirini göstərmişdir. Belə ki, xalqımızın böyük sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar bu gözəl bayramın şəninə müxtəlif mahnılar bəstələmişlər. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Bir vacib məqamı da qeyd edək ki, Ölkə Prezidenti cənab İlham Əliyevin Novruz bayramı ərəfəsində ənənəvi olaraq əfv Sərəncamı imzalamaqla yüzlərlə ailəni sevindirməsi də Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |