Ana Sayfa > Özəl > Fizika İnstitutunda Novruz Bayramı münasibəti ilə tədbir keçirilib

Fizika İnstitutunda Novruz Bayramı münasibəti ilə tədbir keçirilib


Dünən, 20:33. Yazar: sevinc1
Fizika İnstitutunda Novruz Bayramı münasibəti ilə tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Novruz Bayramı münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AİA.az xəbər verir ki, sonra A. Həşimov deyib ki, Novruz bayramının qədim köklərə aid olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider bu bayramın o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkə miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük coşqu ilə keçirilməsinə nail olmuşdu. Qürurla qeyd etməliyik ki, məhz Ulu Öndərin sayəsində xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır.
Daha sonra A. Həşimov çıxışında deyib ki, Artıq beşinci ildir ki, Azərbaycan xalqı Novruz bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.
Arif Həşimov sözlərinə əlavə olaraq deyib ki, ölkə başçısı bir neçə ildir ki, bayram tonqalını işğaldan azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndi şəhərində bayram tonqalı qalandı. 2023-cü ilin sentyabrında cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyimizi tam bərpa etdi və bu gün ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
2024-cü il mart ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Bu çox böyük və əlamətdar hadisədir. 30 ildən çox bir müddətdən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Xankəndi, Xocalı və digər işğal altında olmuz şəhərlərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı. Bu da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun böyük dərəcədə artmasına səbəb oldu.
Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, Həmkarlar Komitəsinin sədri fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova F.ü.f.d. Şəfəq Əhədzadə çıxış ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin milli dəyərlərə, Novruz bayramına olan böyük diqqətini və Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti Hörmətli Cənab İlham Əliyevin iradəsi və Dəmir Yumruğu sayəsində bir neçə ildir Novruz bayramının bütün Azərbaycan ərazisində qeyd olunmasını xüsusilə vurğulayıblar.
Sonda Novruz bayramına həsr olunmuş videoçarx nümayiş olunub.

AİA.az
Bayram Xudayarov
Geri dön