Ana Sayfa > Parlament > Azərbaycan və Braziliyanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilib
Azərbaycan və Braziliyanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilibDünən, 18:30. Yazar: sevinc1 |
![]() Martın 18-də Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Klaudio Kaxado arasında onlayn görüş keçirilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə Müşfiq Məmmədli və Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar Bayramov ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti, iki ölkə arasında iqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərini açıqlayıblar. Geri dön |