Ana Sayfa > Ölkə > 8 marşrut xəttinin fəaliyyəti bərpa edildi
8 marşrut xəttinin fəaliyyəti bərpa edildiDünən, 17:32. Yazar: sevinc1 |
![]() Abşeronda 16/19, 17, 18, 27, 505, 521, 522 və 523 nömrəli marşrut xətlərinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib. Bu barədə aia.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, hərəkət sxemi Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpüdə aparılan təmir-tikinti işlərinin başa çatması ilə əlaqədar dəyişdirilib. aia.az Geri dön |