Ana Sayfa > Ölkə > Bakı Gənclər Mərkəzində möhtəşəm rəsm sərgisi!

Bakı Gənclər Mərkəzində möhtəşəm rəsm sərgisi!


Dünən, 17:18. Yazar: sevinc1
Bakı Gənclər Mərkəzində möhtəşəm rəsm sərgisi!

Rəssam Ümüd Həsənli və sənətçi Safinar Naiboğlunun "Doğadan Ahenge 2" adlı sərgisi sənətsevərləri heyran etdi! Təbiətin rəngləri və formalarının ahəngini özündə əks etdirən əsərlər tamaşaçılara unudulmaz sənət təcrübəsi yaşatdı.

aia.az xəbər verir ki, İlk dəfə 2024-cü ildə İstanbulda nümayiş olunan sərgi Bakıda da böyük maraqla qarşılandı. Sənətsevərlər təbiətin incəliyini və rənglərin sehrini hiss edərək unikal bir atmosferin şahidi oldular.

Tədbirdə xalq rəssamı Qəyyur Yunus
Rəssamlar İttifaqının üzvü Nofəl Abbasquliyev , Rəssamlıq Akademiyasının dosenti rəssam Telman Abbasov Pirallahı rayon Gənclər və İdman sektorunun müdiri Vüqar Əliyev və digər rəsmi və fəxri qonaqlar iştirak etmişdir . Eyni zamanda rəssamlarla görüşlər, maraqlı diskussiyalar və incəsənət ruhunu doyunca hiss etmək imkanı yarandı.
Geri dön