Ana Sayfa > İdman / Karusel > Ronaldinyo "Barcelona"ya qayıdır

Ronaldinyo "Barcelona"ya qayıdır


3-02-2017, 16:46. Yazar: admin
Ronaldinyo "Barcelona"ya qayıdır








İspaniya "Barcelona"sının sabiq futbolçusu Ronaldinyo kluba səfir kimi qayıdıb.

Goal.az xəbər verir ki, 36 yaşlı hücumçu yaxın illərdə Kataloniya komandasını müxtəlif tədbirlərdə təmsil edəcək. O, həmçinin "Əfsanələr" layihəsinin bir hissəsi olacaq. Layihə çərçivəsində "Barsa"nın sabiq futbolçuları bütün dünyada futbol matçlarında iştirak edəcəklər.

Müqavilə fevralın 3-də "Nou Kamp" stadionunda bağlanılacaq.

Xatırladaq ki, Ronaldinyo "Barcelona"da 2003 - 2008-ci illərdə çıxış edib. O, 198 oyuna 91 qol və 52 məhsuldar ötürmə müəllifi olub.


aia.az
Geri dön