Ana Sayfa > Siyasət > Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildiDünən, 16:56. Yazar: sevinc1 |
![]() Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. aia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov açıqlayıb. O bildirib ki, MSK-nın müvafiq qərarlarına əsasən, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci, 79 saylı Astara dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Qərarlar iclasda ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub. aia.az Geri dön |