Ana Sayfa > Karusel > Prokuror toy axşamında qətl törədən şəxsə 20 il cəza istədi

Prokuror toy axşamında qətl törədən şəxsə 20 il cəza istədi


3-02-2017, 16:42. Yazar: admin
Prokuror toy axşamında qətl törədən şəxsə 20 il cəza istədi







Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Arif Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Aia.Az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı A.Ağayevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 14-də davam etdiriləcək.

İttihama görə, Abşeron rayonu, Saray qəsəbəsində, Rövşən Nəbiyev küçəsi, 23 ünvanında yaşayan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün "ciyər axşamı" məclisi təşkil ediblər. Ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə məclisdə mübahisə edib. Mübahisə zəminində A.Ağayev bıçaqla qohumunu vurmaq istəyəndə 45 yaşlı Əlibaba Məmmədov onları ayırmağa çalışıb. Bu zaman bıçaq Ə.Məmmədovun sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları cinayəti törədən A.Ağayevi saxlayıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.


aia.az
Geri dön