Ana Sayfa > Parlament > Deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər
Deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklərDünən, 12:53. Yazar: sevinc1 |
![]() Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev martın 19-da Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTR) Nikosiya şəhərinə səfər edəcəklər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək “Türk Dünyası Beynəlxalq Novruz Festivalı” adlı silsilə tədbirlərdə iştirak edəcəklər. Silsilə tədbirlərdə iştirak edəcək türkdilli dövlətlərdən olan qonaqlar və ŞKTR-də təhsil alan əcnəbi tələbələr xalqımızın qədim adət-ənənələri ilə tanış olacaqlar. Səfər martın 23-də başa çatacaq. Geri dön |