Ana Sayfa > Ölkə > "Etalon Hospitalı"nın plastik cərrahı Seymur Məmmədov əməliyyat etmişdi-34 yaşlı qadın öldü

"Etalon Hospitalı"nın plastik cərrahı Seymur Məmmədov əməliyyat etmişdi-34 yaşlı qadın öldü


Dünən, 11:12. Yazar: sevinc1
"Etalon Hospitalı"nın plastik cərrahı Seymur Məmmədov əməliyyat etmişdi-34 yaşlı qadın öldü

Xəbər verdiyimiz ki, Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

Yenixeber.org: Hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.



Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilib.

Əməliyyatı “Etalon hospital”ında plastik cərrahı Seymur Məmmədov edib. Seymur Məmmədovla əlaqə yaratmağa çalışsaqda köməkçisi doktor hal-hazırda əməliyyatdadır, və heç bir açıqlama verə bilmərik deyə bildirildi.


Pərvanə Mirzəyevanın fotosunu təqdim edirik:



Hüquq -mühafizə orqanları tərəfindən ölüm faktı ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Etalon hospital” direktoru Nizami Mehdizadədir.(xalq.az)

Məsələ ilə bağlı qarşı tərəfindən fikirlərini dərc etməyə hazırıq.
Geri dön