Ana Sayfa > Şou-biznes / Karusel > WhatsApp-da növbəti fırıldaq
WhatsApp-da növbəti fırıldaq3-02-2017, 16:36. Yazar: admin |
"ESET" şirkəti "WhatsApp" istifadəçilərinə yeni fırıldaq barəsində xəbərdarlıq edib. Aia.Az lent.az-a istinadən məlumatına görə, fırıldaqçılar müxtəlif bəhanələrlə istifadəçilərin şəxsi məlumatlarını toplayırlar. Buna bənzər fırıldaqlar daha əvvəllər də baş verib. Ancaq hazırda onlar daha irimiqyaslıdır. Antivirus proqramlarının tərtibatında ixtisaslaşan "ESET" şirkətinin nümayəndələri "WhatsApp"da böyük sayda eyni məzmunlu məlumatlar aşkar ediblər. Fırıldaqçılar internet mağazasının nümayəndələri adı altında gizlənib, sonradan 250 avroya sertifikatın veriləcəyi bəhanəsi ilə müştərilərdən anketi doldurmağı xahiş edirlər. Bundan sonra onlar şəxsi məlumatların təsdiqlənməsini istəyirlər. Ancaq keçiddən istifadə edən istifadəçi bu mağazanın rəsmi saytına aidiyyəti olmayan sayta keçirdi. Qeyd edilir ki, fırıldaqçıların adı altında gizləndikləri "Lidl" brendinə heç bir aidiyyəti yoxdur. Onların sözlərin doğru olmadığını bilmək üçün səhifənin URL-inə baxmaq kifayətdir. Bununla belə, bəzi insanlar asan yolla pul qazanmaq eşqi ilə bu yalanın qurbanı olurlar. "ESET" şirkətinin nümayəndələri ehtiyatlı olmağı xahiş edirlər. Çünki bu yalanın tələsinə düşənlərə tez-tez zəng edəcəklər və lazımsız qeydiyyatlar, spam və pullu SMS xidmətləri təqdim edəcəklər. Qeyd olunur ki, hələlik fırıldaqçılar Almaniya auditoriyası üzərində işləyirlər. Ancaq onlar çərçivələrini genişləndirə bilərlər. aia.az Geri dön |