Ana Sayfa > Özəl > İran ABŞ-ı sarsıdıcı cavabla hədələyib

İran ABŞ-ı sarsıdıcı cavabla hədələyib


17-03-2025, 16:51. Yazar: sevinc1
İran ABŞ-ı sarsıdıcı cavabla hədələyib
İrana qarşı istənilən hücum sarsıdıcı cavabla qarşılaşacaq. Newsweek xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami bildirib.“Mən bütün düşmənləri xəbərdar edirəm ki, [İrana qarşı] həyata keçirilən hər hansı təhlükə sərt, qəti və sarsıdıcı cavab verəcək”, - deyə baş komandan bildirib.

Səlaminin bəyanatı Yəməndə vəziyyətin pisləşməsi ilə əlaqədar ABŞ-ın İrana qarşı növbəti təhdidlərinin artmasından sonra verilib.
Martın 15-də ABŞ prezidenti Donald Tramp ölkə Silahlı Qüvvələrinə Vaşinqtonun fikrincə, Tehrandan hərbi və maliyyə dəstəyi alan husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. Martın 17-də Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bəyan edib ki, Vaşinqton Yəməndəki İran hədəflərini vura bilər.

aia.az
Tərcümə şöbəsi
Geri dön