Ana Sayfa > Cəmiyyət / Manşet > Seksual təcavüzdə təqsirləndirilən azyaşlılara hökm oxunub

Seksual təcavüzdə təqsirləndirilən azyaşlılara hökm oxunub


3-02-2017, 15:50. Yazar: Sevinc
Seksual təcavüzdə təqsirləndirilən azyaşlılara hökm oxunub



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakı hərəkətlər etməkdə təqsirləndirilən 15 yaşlı Ə.Hüseynov və 16 yaşlı İ.Paşayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 150-ci (Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham edilib. (qafqazinfo.az)
Geri dön