Ana Sayfa > Dünya > BMT:
BMT:Dünən, 10:00. Yazar: sevinc1 |
![]() BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bəyan edib ki, İsrailin humanitar yardımı davam etdirdiyi blokadaya görə Qəzza zolağında ərzaq təminatı kritikdir. aia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜƏP-nin "X" hesabında məlumat verilib. “Martın 2-dən bəri Qəzzaya heç bir ərzaq çatmayıb, çünki bütün sərhəd keçidləri həm humanitar, həm də kommersiya yükləri üçün bağlı qalır”, - bəyanatda bildirilir. İsrailin Fələstin anklavını 15-ci gününə qədəm qoyan total blokadası artıq ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub. Ümumdünya Ərzaq Proqramı qeyd edir ki, bəzi əsas ərzaq məhsulları 200%-dən çox bahalaşıb. Yanvarın ortalarında İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan etmək barədə razılığa gəliblər. aia.az Geri dön |