Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Milli maraqlara ədalətli yanaşma ön planda olmalıdır
Milli maraqlara ədalətli yanaşma ön planda olmalıdırBu gün, 09:33. Yazar: sevinc1 |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində bir çox məsələləri - mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmışdır. Ölkə başçısı yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə edən bir siyasi lider kimi gələcək dünya nizamının hansı əsaslar üzərində qurulacağna dair mülahizələrini söyləmişdir. Cənab İlham Əliyev Azərbaycan xalqı və dövlətinin beynəlxalq hüquq normalarına hörmətlə yanaşdığını, lakin təəssüf ki, indi beynəlxalq hüququn işləmədiyini, dünya nizamının pozulduğunu bildirmişdir: “Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.” İndiki məqamda ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verilməsinin vacibliyini qeyd edən ölkə başçısı beynəlxalq təsisatlar çərçivəsində münasibətlərin heç də arzuolunan səviyyədə olmadığını söyləmişdir. Dövlət siyasətinin çağdaş modelini yaratmış Lider olan cənab İlham Əliyev bu fikri ilə son dövrlərdə həyata keçirdiyi siyasətin – ikitərəfli əlaqələrin inkişaf etdirilməsi siyasətinin daha effektli olduğunu birmənalı şəkildə ifadə etmişdir. Bu, artıq real faktdır və ölkəmizin istər Avropa, istərsə də digər region ölkələri ilə münasibətlərinə nəzər saldıqda aydın görünür. Yeni dünya düzəninin formalaşması prosesinin hələ başlamadığını, beynəlxalq təsisatların iflic vəziyyətndə olduğunu qeyd edən cənab Prezident bu prosesi ilkin transformasiya mərhələsi adlandılraraq qlobal düzənin hadisələrin bundan sonrakı gedişatından asılı olduğunu söyləmişdir. Regionumuzda baş verən dəyişikliklərə münasibətini bildirən cənab İlham Əliyev onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olduğunu diqqətə çatdıraraq hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmağın vacib olduğunu söyləmişdir: “ İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.” Hər bir ölkənin öz taleyinə özünün sahib olmasının vacibliyini qeyd edən cənab Prezident bu məsələdə gecikməyin ziyanlı olacağını diqqətə çatdırmışdır: “Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək.” Vaşinqtonda baş verən hadisələrin bir daha bütün dünyanın Ağ evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu diqqətə çatdıran cənab İlham Əliyev qeyd edib ki “bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq.” Belə bir məqamda keçirilən Qlobal Bakı Forumunun hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacib olduğunu söyləyən dövlətimizin başçısı baş verənlərlə çox nikbin əhvali-ruhiyyədə olduğunu və yaxın vaxtlarda ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına nail olunacağını bildirmişdir. Geniş siyasi və diplomatik təcrübəyə malik Liderin açıq şəkildə dövlətlərarası münüasibətlər sistemində milli maraqlara ədalətli yanaşmanın vacibliyini bir daha önə çəkməsi diqqəti cəlb edən məqamlardandır. Bununla da cənab Prezident bir daha Azərbaycan dövləti üçün ikitərəfli münasibətlərdə milli maraqların ön planda olduğunun mesajını vermişdir. Geri dön |