Ana Sayfa > Siyasət / Manşet > “Prezident mühüm tapşırıqlar verdi” - Millət vəkili
“Prezident mühüm tapşırıqlar verdi” - Millət vəkili3-02-2017, 15:43. Yazar: Sevinc |
“Biz inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə onun "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı göstərdiyi istiqamətlərdə böyük nailiyyətlər əldə edəcək, iqtisadiyyatımızı gücləndirəcək, siyasi nüfuzumuzu artıracağıq”. “AİA.AZ” xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Millət vəkilinin fikrincə, adıçəkilən Dövlət Proqramı uğurla həyata keçirilir. Eyni zamanda, ölkənin iqtisadi strategiyasının başlıca istiqaməti ölkəyə valyuta gətirəcək bütün strateji məhsullarımızın ixracı təmin olunsun: "Artıq bu yöndə xeyli işlər görülüb. Amma bundan sonra görüləcək işlər daha çoxdur. Dövlət başçısı konfransda kənd təsərüfatı, eləcə də sənaye məhsullarının xarici ölkələrə ixrac edilməsi ilə bağlı öz fikirlərini səsləndirdi. Orada xüsusi bir fikir də var idi ki, müəyyən məhsullar Azərbaycana idxal olunmasa və özümüz özümüzü təmin edə bilsək, onlara xərclənən vəsaitlər də ölkədə qalar. Bizim valyuta ehtiyatlarımızın artırılması, manatın dəyərinin möhkəmlənməsi və stabilləşməsi yolu ixracın çoxalması, idxalın isə azaldılmasından keçir". A.Hüseynov qeyd edib ki, konfransda diqqəti cəlb edən digər məsələ prezidentin Ələt qəsəbəsində Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, layihənin növbəti mərhələsinin davam etdirilməsinə dair tapşırıqlar verməsi idi: "Bu, çox böyük layihədir. Bu layihə Şərq-Qərb dəhlizində mühüm əhəmiyyət kəsb edəcək. Bu isə ölkənin milli gəlirlərinin artmasında strateji rol oynayacaq". Onun sözlərinə görə, dövlət başçısı bir sıra digər məsələlərin də vacibliyini qeyd edib: "Prezidentin qətiyyəti sayəsində reallaşan TANAP-TAP layihəsi ilə bağlı söylənilən fikirlər önəmli məqamlardan oldu. Dövlət başçısı bir daha vurğuladı ki, bu layihələrin uğurla həyata keçməsi Azərbaycan iqtisadiyyatında çox önəmli rol oynayacaq. Bütün bunlarla yanaşı, cənab prezident turizm, kənd təsərrüfatı, kosmik sənayenin inkişafı ilə bağlı dəyərli fikirlərini bölüşdü, mühüm tapşırıqlar verdi. İnanıram ki, biz bu sahələrin hər birində böyük uğurlar əldə edə biləcəyik". Geri dön |