Ana Sayfa > Ölkə > Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalara başlayıb
Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalara başlayıbDünən, 18:47. Yazar: sevinc1 |
![]() Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır. AİA.Az APA-ya istinadən xəbər verir ki, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb. Hesablama Palatasından da məlumat təsdiqlənib. Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və "Hesablama Palatası haqqında" Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir. Geri dön |