Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanıldı


14-03-2025, 09:31. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanıldı

Martın 13-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 144, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

aia.az
Geri dön