Ana Sayfa > Ölkə > İşə düzəldiyini qeyd etməkdən qayıdarkən qəzaya düşüb -

İşə düzəldiyini qeyd etməkdən qayıdarkən qəzaya düşüb -


Bu gün, 09:21. Yazar: sevinc1
İşə düzəldiyini qeyd etməkdən qayıdarkən qəzaya düşüb -

TƏBİB-in əməkdaşının ölümü ilə bağlı detallar məlum olub.

aia.az xəbər verir ki, ötən gün axşam saatlarında Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Taksi kimi fəaliyyət göstərən iki avtomobil qarşı yoldan gələn maşınla toqquşub və nəticədə zəncirvari qəza olub. Qəzada 3 nəfər xəsarət alıb. Yaralılardan olan Sevil Abdullayeva xəstəxanaya aparılarkən yolda keçinib.

Məlum olub ki, martın 11-də TƏBİB-də işə qəbul edilən Sevil bunu qeyd etməkdən qayıdırmış. Üstəlik, aprelin 1-də Sevilin doğum günü qeyd olunacaqmış.

*** 20:45

TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə dünən baş vermiş avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Bu barədə aia.az-a qurumdan bildirilib.

Qeyd edək ki, Sevil Abdulla qızı Abdullazadə 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasının(DİA) tələbəsi adını qazanıb. O, əslən Ağstafa rayonunun Dağkəsəmən kəndindən olub.

aia.az
Geri dön