Ana Sayfa > Manşet / Dünya > "Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" -

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" -


Bu gün, 17:31. Yazar: sevinc1
"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" -

Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmağa hazırdır.

aia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin razılaşdırılmamış iki maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul etdiyini bildirib.

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə razılaşmanı və saziş üzrə danışıqların başa çatdırılmasını təsdiq edir.

Beləliklə, Sülh Sazişi imzalanmağa hazırdır. Ermənistan Respublikası Sazişin imzalanması tarixləri və yeri barədə Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır", - deyə bəyanatda qeyd olunub.

aia.az
Geri dön