Ana Sayfa > İdman / Manşet > “Məğlubiyyəti qələbə ilə unutdurmaq olar”

“Məğlubiyyəti qələbə ilə unutdurmaq olar”


3-02-2017, 14:22. Yazar: Sevinc
“Məğlubiyyəti qələbə ilə unutdurmaq olar”




Topaz Premyer Liqasının XVI turunda “Kəpəz” Bakıda “Zirə” ilə qarşılaşacaq.

Komandanın hücumçusu Tural Rzayev oyunla bağlı açıqlama verib:

“Çempionatın ikinci hissəsinə uğursuz start verməyimiz bizi məyus etdi. Çünki qış fasiləsində yaxşı hazırlıq keçmişdik. Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunmuşdu və bunun bərhəsini də ilk oyunda görmək istəyirdik. Amma gözlənilməz şəkildə uduzduq. Düşünmürəm ki, “İnter” önündə alınan böyükhesablı məğlubiyyət qarşıdakı matça mənfi təsir etsin. Əksinə, “Zirə”yə qarşı matçda uğurlu nəticəyə daha da köklənmişik. Məğlubiyyəti qələbə ilə unutdurmaq olar.

Hamı da məsuliyyəti dərk edir. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu yaxşı başa düşürük. Meydana qalib gəlmək üçün çıxacağıq. Psixoloji hazırlığımız yerindədir. Razıyam ki, uduzmaq əhval-ruhiyyəni korlayır. Amma son qarşılaşmadan dərs götürmüşük, məşqçilər korpusu da bizi motivasiya edir”.

Qeyd edək ki, “Zirə” – “Kəpəz” oyunu sabah keçiriləcək. (Qafqazinfo.az)
Geri dön