Ana Sayfa > Parlament > MDB PA-nın daimi komissiyasının onlayn iclası keçirilib
MDB PA-nın daimi komissiyasının onlayn iclası keçirilibBu gün, 16:36. Yazar: sevinc1 |
![]() Martın 13-də Müstəqil Dövlət Birliyinin Parlament Assambleyasının (MDB PA) Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Milli Məclisin deputatı, MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının sədr müavini Mixail Zabelin iclasda iştirak edib. Tədbirdə “Radioaktiv tullantılarla rəftar haqqında”, “İstixana qazlarının emissiyasının məhdudlaşdırılması haqqında”, “Torpaq idarəçiliyi haqqında” və digər model qanun layihələrinə dair müzakirələr aparılıb. Geri dön |