Ana Sayfa > Siyasət / Manşet > Zeynəb Xanlarovanın oğluna vəzifə verildi

Zeynəb Xanlarovanın oğluna vəzifə verildi


3-02-2017, 14:11. Yazar: Sevinc
Zeynəb Xanlarovanın oğluna vəzifə verildi





Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunub.

“AİA.AZ” “APA-Economics”ə istinadən xəbər verir ki, Azərbaycan prezidentinin 2 fevral 2017-ci il tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavinləri təyin edilib.

Bunadək N. Rəhimov komitənin Aparat rəhbərinin müavini, R. Babayev isə adıçəkilən qurum yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifələrində çalışıb.

Qeyd edək ki, Ramin Babayev xalq artisti Zeynəb Xanlarovanın oğludur.
Geri dön