Ana Sayfa > Cəmiyyət / Manşet > Azərbaycanda velosiped qəzalarının sayı artıb - 7 nəfər ölüb

Azərbaycanda velosiped qəzalarının sayı artıb - 7 nəfər ölüb


3-02-2017, 14:07. Yazar: Sevinc
Azərbaycanda velosiped qəzalarının sayı artıb - 7 nəfər ölüb




“Azərbaycanda velosiped qəzaları ilə bağlı statistika ürəkaçan deyil. Buna səbəb velosiped sürənlərin təhlükəsizlik qaydalarına əməl etməmələridir”.

“AİA.AZ” xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat deyib. K.Əliyev qeyd edib ki, 2016-cı ildə velosiped qəzaları ilə bağlı 24 yol hadisəsi qeydə alınıb və nəticədə 7 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Hesabat dövründə velosiped sürənin səhvi ucbatından 6 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Şöbə rəisi qeyd edib ki, artıq bu statistika motosikletlə bağlı baş verən yol qəzalarına da yaxındır. Belə ki, 2016-cı ildə motosikletlərin vurulması ilə bağlı 34 yol hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

K.Əliyev bildirib ki, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində sürür, işıqlandırıcı vasitələrdən istifadə etmirlər. “Yol hərəkəti haqqında” Qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir.

Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var.
Geri dön