Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Azərbaycana qaçan erməniyə “dəli” adı qoydular

Azərbaycana qaçan erməniyə “dəli” adı qoydular


19-09-2015, 11:04. Yazar: admin

Ona qarşı cinayət işi açılıb.

Azərbaycana keçən Vaan Martirosyan psixiatrik xəstəxanda qeydiyyatda olub.

Aia.az
news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistannı İstintaq Komitəsinin məlumatında deyilir.

İstintaq Komitəsi Martirosyana qarşı iki iş aparır: birində o zərərçəkən, digərində isə müttəhim kimi keçir.

Bildirilir ki, 2005-ci ilin mart ayının 28-də Martirosyan “Avan” psixiki sağlamlıq mərkəzində “şəxsiyyətin isterik pozuntuları” diaqnozu ilə qeydiyyata alınıb.

“Avqustun 19-da Vaan Martirosyanın və onun arvadı Karine Qasparyanın döyülməsi haqqında cinayət işi açılıb. Onlar təyin olunmuş dindirilməyə gəlməyiblər.

Avqustun 28-də Baqramyan prospekti 64 ünvanı üzrə mənzillərin birindən 3 820 dolların oğurlanması barədə iş qaldırılıb. Mənzilin sahibinin sözlərinə görə, 21-25 avqust tarixlərində göstərilən ünvan üzrə pula gizli şəkildə sahiblənən Vaan Martirosyan arvadı və uşağı ilə qalıb.

Cinayət işi açılıb. Mənzil sahibi zərərçəkən qismində tanınınb.

Avqustun 31-də Vaan Martirosyanın və arvadı Karine Qasparyanın Respublikanın sərhədlərindən kənara çıxmaması üçün tədbirlər görülüb.

Sentyabrın 2-də Martirosyan polis bölməsinə gətirilib və heç bir yerə getməmək barədə iltizam verib.

Martirosyanın mənzilində axtarışdan sonra əldə edilən dəlillər əsasında sentyabrın 9-da onu müttəhim kimi işə cəlb etmək qərara alınıb. O, axtarışa verilib”, - deyə, erməni İstintaq Komitəsi iddia edir.

Əlavə edək ki, Ermənistanın müdafiə naziri Sergey Ohanyan ictimai xadim Vaan Martirosyanın Azərbaycana qaçmasını şərh edib.

“Mən, Vaan Martiorsyanın Ermənistan ordusuna dair mülahizələrindən xəbərdar deyiləm. Mən də belə məlumat yoxdur. Amma bir insan hansı vəziyyətdə olmalıdır ki, bu cür qarşıdurma şəraitində bizimlə mübarizə aparan dövlətin tərəfinə keçib, belə sözlər danışsın. Mən buna mənfi yanaşıram”, - Ohanyan deyib.

Xatırladaq ki, Azərbaycandan siyasi sığınacaq istəyən “Daxili milli azadlıq hərəkatının” rəhbəri Vaan Emilyeviç Martirosyan dünən Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ermənistan müdafiə nazirliyinin real rəhbəri Seyran Ohanyan deyil:

“Seyran Ohanyan Müdafiə Nazirliyində heç bir məsələni həll etmir, orada ondan heç nə asılı deyil, o sadəcə simadır. Müdafiə Naziriliyinə Baş qərərgahın rəisi Yuri Xaçaturov rəhbərlik edir.

Hamı ordudan yayınmağın və yaxud da Müdafiə Nazirliyinin idarələrindən hansısa birində rəis müavini olmağın neçəyə başa gəldiyini yaxşı bilir”.
Geri dön