Ana Sayfa > Ölkə > Şəhidi Nurlan Mustafayevin ömür yolundan bəhs edən sənədli bədii filminin təqdimat mərasimi keçirilib

Şəhidi Nurlan Mustafayevin ömür yolundan bəhs edən sənədli bədii filminin təqdimat mərasimi keçirilib


Bu gün, 15:16. Yazar: sevinc1
Şəhidi Nurlan Mustafayevin ömür yolundan bəhs edən sənədli bədii filminin təqdimat mərasimi keçirilib

Martın 12-də YAP Yasamal rayon təşkilatında “Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, 44 günlük Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin ömür yolundan bəhs edən “Vətənə bağlı ömür” adlı sənədli bədii filminin təqdimat mərasimi keçirilib.

Təqdimat YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məhşur “91-lər”dən biri Şahlar Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, şəhid Nurlan Mustafayevin anası Rahilə Ramazanova, “Vətənə bağlı ömür” adlı sənədli bədii filmin ssenari müəllifi olan Mehriban Sadıqova, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən şəhid Nurlan Mustafayevin anası Rahilə Ramazanova Nurlan Mustafayev haqqında öz xatirələrini bölüşüb. Bildirilib ki, Azərbaycan Respublikası hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görür. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Çıxışın sonunda göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin !

Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı

Geri dön