Ana Sayfa > Ölkə > “Azercell”dən narazılıqlar artır
“Azercell”dən narazılıqlar artır12-03-2025, 14:25. Yazar: sevinc1 |
![]() “Azercell Telekom”la bağlı şikayətlər artmaqda davam edir. Abunəçilər “Azercell”in onlara qarşı açıq hörmətsizlik etdiyini düşünür. ![]() XALQ.AZ xəbər verir ki, bu dəfə də abunəçi İlyas Mustafayev üzləşdiyi problemi sosial şəbəkədə ictimailəşdirirb. O bildirib ki, “Azercell” nömrəni heç bir xəbərdarlıq etmədən tarifə qoşub vəsait silir: ![]() “Əlaqə saxladıqda isə kütləvi informasiya vasitələrindən bu barədə məlumat verildiyini deyirlər. Adama deyərlər, insanlar sənin şirkətinə abunədir, niyə abunçilərinə özün sms xəbərdarlıq yollamırsan. Gündə mənasız mesajları göndərməkdənsə xəbərdarlıq sms-i göndər! Sizin kimi müştərisinə hörmət etməyən qurumların müştərilərə zəng edib yalvaracağı günlər uzaq deyil”. ![]() Xatırladaq ki, son günlər “Azercell Telekom”la bağlı bu kimi şikayətlər həddən artıq çoxalıb. Qarşı tərəfi mövqeyini dərc etməyə hazırıq. ![]() Geri dön |