Ana Sayfa > Siyasət > Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin inkişafı hər iki dövlətin maraqlarına uyğundur
Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin inkişafı hər iki dövlətin maraqlarına uyğundurBu gün, 11:47. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska Davkovanın Azərbaycana səfəri ilə bağlı mətbuat üçün bəyanatla çıxış edib və ölkə Prezidenti cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan Şimali Makedoniya əlaqələri dinamik inkişaf tempinə malikdir. Müxtəlif məsələlərdə biz ortaq mövqedən çıxış edirik və ikitərəfli əlaqələrin inkişafı çoxtərəfli əlaqələrimizin də inkişafına böyük dəstək verir. Bu sözləri mətbata açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi. Deputat deyib ki, eyni zamanda, cənab Prezident vurğuladı ki, bizim potensialımız daha böyükdür. Lakin hələ də iqtisadi, ticarət əlaqələrimiz, bu potensialı adekvat deyil və biz çalışmalıyıq ki, ümumi səylərlə bu sahədəki əlaqələrimizi daha da inkişaf etdirək və qeyd etdi ki, enerji təhlükəsizliyi sahəsində əlaqələrimiz sürətlə inkişaf edir. Keçən ilin sonunda artıq Azərbaycan qazı Şimali Makedoniya ərazi bu ildə Şimali Makedoniyanın Azərbaycanın təbii qazı ilə təminatı daha da genişləndiriləcək və qeyd etdi ki, ölkəmiz keçən illəri 25 milyard kubmetr qaz ixrac edib ki, 12 dövlətə bu ixrac reallaşdırılıb. Üç il bundan öncə Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji bir sənəd imzaladı və həmin zamandan etibarən əlaqələrimiz bu sferada daha da inkişaf edir və 2027-ci ilə qədər Azərbaycan Avropaya 20 milyard kubmetr qaz ixrac edəcək. Cənab Prezident vurğuladı ki, Azərbaycan Şimali Makedoniya əlaqələri humanitar sahədə də inkişaf tempinə malikdir və sevindirici haldır ki, bu il ölkəmizdə keçiriləcək sayca 12-ci Qlobal Bakı forumunda hansı ki, onu Nizami Gəncəvi adına Beynəlxalq Mərkəz təşkil edir və bu günləri beynəlxalq aləmdə xüsusi çəkiyə malikdir. Bu tədbirdə Şimali Makedoniya prezidenti də iştirak edəcək. Bu, bir daha təsdiqləyir ki, ölkələrimiz arasında həm siyasi dialoq, ticarət, iqtisadi münasibətlər, humanitar əlaqələr, enerji təhlükəsizliyi sahəsində münasibətlər, nəqliyyat və logistika sahəsində əlaqələr sürətlə inkişaf edir və hər iki dövlətin milli maraqlarına xidmət göstərir. Geri dön |