Ana Sayfa > Siyasət > Bəyanatda dünyəvi münasibətlərin inkişafını istiqamətləri də göstərilib

Bəyanatda dünyəvi münasibətlərin inkişafını istiqamətləri də göstərilib


Bu gün, 10:26. Yazar: sevinc1
Bəyanatda dünyəvi münasibətlərin inkişafını  istiqamətləri də göstərilib

Dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycanla dünyanın əksər dövlətləri arasında ikitərəfli münasibətlər yarandı, inkişaf etdi, bu gün daha əhatəli səviyyədə yaşadılır. Bu münasibətlər mahiyyəti baxımından bəşərilik olub, bəşərilikdir. Azərbaycanla Şimali Makedoniya Respublikası arasında münasibətlər də bu baxımdan xarakterikdir.

Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini 1995-ci il iyun ayının 25-də tanıdı, diplomatik münasibətlər iyunun 28-də quruldu. Şimali Makedoniya Respublikasının Prezidenti Qeorqe İvanov Azərbaycanda 4 dəfə (2015, 2016, 2017 və 2018-ci illərdə) işgüzar səfərdə olub. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Qrupun rəhbəri millət vəkili Fazil Mustafadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib. Bəyənat münasibətlərin şəbəkəsini, istiqamətlərini, perspektivlərini göstərib. Dövlət başçımız bəyanatda deyib: “Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir”.

Son illərdə dünyada yanacağa böyük ehtiyac hiss olunur. Zəngin təbii sərvətlərə malik olan Azərbaycanda təbii qaz ehtiyatı da kifayət qədər çoxdur. Bu baxımdan dünya dövlətləri Azərbaycanla bu istiqamətdə də geniş iqtisadi münasibətlər qurmağa çalışır. Avropa da Azərbaycanla belə əlaqələrə böyük və dönməz maraq göstərir. Cənab İlham Əliyev bəynatında bildirdi ki, “Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.

Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac olduğunu xatırladan dövlət başçımız dedi: “Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda təkcə iki dövlət arasında qarşılıqlı münasibətlər haqqında bilgi verilməyib, həm də dünyəvi münasibətlərin inkişafının istiqamətləri göstərilib.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Geri dön