Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanıldı


Bu gün, 09:59. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanıldı

Martın 11-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 177, o cümlədən borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 38 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

aia.az
Geri dön