Ana Sayfa > Ölkə > Qazaxda "Konstitusiya və Suverenlik ili" ilə “əlaqədar ağacəkmə aksiyası keçirildi

Qazaxda "Konstitusiya və Suverenlik ili" ilə “əlaqədar ağacəkmə aksiyası keçirildi


Dünən, 17:26. Yazar: sevinc1
Qazaxda "Konstitusiya və Suverenlik ili" ilə “əlaqədar ağacəkmə aksiyası keçirildi

2025-ci il “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş silsilə tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da  davam edir.

Martın 11-də Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. 

Rayonun Yuxarı Salahlı kəndi ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında 100 ədəd eldar şamı və 350 ədəd sərv ağacı əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, suvarılıb, aqrotexniki qulluq göstərilib . 

Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, partiya fəalları və könüllülər  iştirak ediblər. 
Geri dön