Ana Sayfa > Özəl > Polşada 56 böyrək satan ukraynalı qadın saxlanılıb
Polşada 56 böyrək satan ukraynalı qadın saxlanılıbDünən, 17:15. Yazar: sevinc1 |
![]() Qazaxıstanda beynəlxalq orqan alverinə görə məhkum olunmuş Ukrayna vətəndaşı Polşa sərhədini keçərkən saxlanılıb. TASS xəbər verir ki, bu barədə Przemysl rayon prokurorluğunun mətbuat katibi Malqozata Petkovska bildirib.Polşa prokurorluğunun nümayəndəsinin sözlərinə görə, 35 yaşlı ukraynalı qadın 2020-ci ilin noyabrından axtarışda olub və İnterpol ona qarşı “qırmızı xəbərdarlıq” yayıb. “Saxlanılan şəxs 2017-2019-cu illər arasında qara bazarda satış üçün insan toxumalarının və orqanlarının qanunsuz çıxarılması ilə məşğul olan beynəlxalq mütəşəkkil cinayətkar qrupda iştirak etməkdə günahlandırılıb”, - deyə Malgorzata Pentkowska izah edib. Ukraynalı qadın Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailandda 56 qurbandan qeyri-qanuni böyrək əldə etməkdə ittiham olunub. O, martın 6-dan Polşada həbsdədir və onun ekstradisiyası hazırlanır. aia.az Tərcümə şöbəsi Geri dön |