Ana Sayfa > Karusel / Gündəm > Hökumə Əliyevanın büstü
Hökumə Əliyevanın büstüDünən, 11:34. Yazar: sevinc1 |
![]() Milli Qəhrəman Hökumə Əliyevanın büstü hazırlanır. aia.az xəbər verir ki, bu barədə Modern.az-a Hökumə Əliyevanın atası Cəlil Alıyev bildirib. O qeyd edib ki, büst Fəxri Xiyabanda qoyulacaq. Cəlil Alıyev, həmçinin bildirib ki, Rusiyanın sığorta şirkətinin kompensasiya təklifi barədə məlumatı ancaq xəbərlərdə görüb, ona bu barədə rəsmi məlumat verilməyib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Əliyeva Hökumə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. aia.az Geri dön |