Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-4 > Səttar Möhbalıyev : “Yeni qaz kəməri həm Naxçıvan, həm də İğdır əhalisinin rifah yüksəlişinə xidmət edəcək”
Səttar Möhbalıyev : “Yeni qaz kəməri həm Naxçıvan, həm də İğdır əhalisinin rifah yüksəlişinə xidmət edəcək”Dünən, 10:45. Yazar: sevinc1 |
![]() “Artıq xəbər verildiyi kimi, mart ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilmiş açılış mərasimində iştirak ediblər. Qeyd olunmalıdır ki, bir il yarım bundan öncə hər iki qardaş ölkənin dövlət başçılarının iştirakı ilə bu qaz kəmərinin təməli qoyulmuşdu. Heç şübhəsiz İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Eyni zamanda da bu layihə Türkiyə və Azərbaycan qardaşlığının daha bir önəmli simvolu kimi çıxış edir. Açılış mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bu hadisənin əhəmiyyətini xüsusi olaraq vurğuladı və bildirdi ki, bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür. Dövlətimizin başçısı bunu da diqqətə çatdırdı ki, Türkiyə və Azərbaycan artıq neçə illərdir ki, nəhəng layihələr reallaşdırırlar. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri artıq Avrasiyanın enerji xəritəsini dəyişdiriblər. Hazırda Türkiyə ərazisindən keçərək Avropaya daxil olan Azərbaycan qazı bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Digər tərəfdən də birgə həyata keçirilən enerji layihələri eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu böyük bir coğrafiya üçün çox mühüm üstünlüklər təmin edir. Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Fikirlərini davam etdirən deputat daha sonra cənab Prezident İlham Əliyevin Naxçıvanın blokadada olduğu ağır illərdə qardaş Türkiyənin göstərdiyi dəstək barədə dediklərinin əhəmiyyətini vurğulayıb: “Azərbaycan hər zaman dostluq və qardaşlıq münasibətlərini yüksək dəyərləndirib. Möhtərəm dövlət başçımızın Ankarada etdiyi çıxışında qardaş Türkiyənin Naxçıvana göstərdiyi dəstək barədə səsləndirdiyi fikirlər də bunu bir daha təsdiq edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman Ulu Öndər Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi. Digər tərəfdən isə, Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də həmin vaxt Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsünün inşa edilməsi idi və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir. Bütün bu baş verənlər bir daha göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və bu birliyin qarşısında artıq heç bir qüvvə duruş gətirə bilməz” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb. Geri dön |