Ana Sayfa > İdman > Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk iştirakçıları məlum olacaq
Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk iştirakçıları məlum olacaqDünən, 09:19. Yazar: sevinc1 |
![]() Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək. aia.az xəbər verir ki, ilk gündə 4 matç keçiriləcək. Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək. "Barselona" "Benfika"nı qəbul edəcək (ilk matç - 1:0). "Liverpul" PSJ ilə bu dəfə "Enfild"də qarşılaşacaq (ilk görüş - 1:0). "İnter" "Feyenoord"u İtaliyada sınağa çəkəcək (ilk oyun - 2:0). Günün maraqla gözlənilən matçlarından biri də Almaniyada keçiriləcək. "Bavariya" ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi "Bayer"in qonağı olacaq. 1/8 finalın digər cavab qarşılaşmaları isə sabah oynanılacaq. Çempionlar Liqası, 1/8 final, cavab oyunları 11 mart 21:45. “Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya) İlk oyun - 1:0. 00:00. “Liverpul” (İngiltərə) - PSJ (Fransa) İlk oyun - 1:0. 00:00. “İnter” (İtaliya) - “Feyenoord” (Niderland) İlk oyun - 2:0. 00:00. “Bayer” (Almaniya) - “Bavariya” (Almaniya) İlk oyun - 0:3. aia.az Geri dön |