Ana Sayfa > İqtisadiyyat / Manşet > “Qara bazar”da dollar ucuzlaşmaqda davam edir

“Qara bazar”da dollar ucuzlaşmaqda davam edir


3-02-2017, 10:51. Yazar: Sevinc
“Qara bazar”da dollar ucuzlaşmaqda davam edir





Ötən gün valyuta hərracında dolların ucuzlaşması, daha sonra Mərkəzi Bankın dolların rəsmi məzənnəsini 1.92 manatdan 1.9111 manata qədər aşağı salması “qara bazar”da dolları xeyli ucuzlaşdırıb.

“AİA.AZ” Fins.az-a istinadən xəbər verir ki, fevral ayının 3-də səhər saatlarında dollar alışı 1.90 manat, satışı isə 1.92 manat olub.

Bu isə ötən gün ilə müqayasidə manatın 1,03 %, son iki gündə 1,5% bahalaşması deməkdir. Qeyd edək ki, ötən gün “qara bazar”da dollar 1.92 manata alınıb 1.94 manata satılırdı.
Geri dön