Ana Sayfa > Manşet / Siyasət / Parlament > Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri başlayıb
Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri başlayıbBu gün, 13:41. Yazar: sevinc1 |
![]() Martın 10-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gəlib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tbilisinin Şota Rustaveli Beynəlxalq Aeroportunda nümayəndə heyətini Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani, hər iki ölkənin səfirləri Zurab Pataridze, Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində spiker Sahibə Qafarovanın Gürcüstan rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub. Geri dön |