Ana Sayfa > Ölkə > Sabah Bakıda 15° isti olacaq

Sabah Bakıda 15° isti olacaq


Bu gün, 12:36. Yazar: sevinc1
Sabah Bakıda 15° isti olacaq

Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

aia.az
Geri dön