Ana Sayfa > İdman > "Sumqayıt "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı
"Sumqayıt "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşıBu gün, 11:13. Yazar: sevinc1 |
![]() Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq. aia.az xəbər verir ki, əvvəlcə meydana “Sumqayıt” və “Kəpəz” komandaları çıxacaqlar. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq. 22 xalı olan kollektivler müvafiq olaraq, 8-9-cu yerləri bölüşürlər. Günün son matçında “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. “Neftçi Arena”da təşkil olunacaq oyun saat 19:30-da start götürəcək. “Ağ-qaralar” 27 xalla 7-ci, bölgə təmsilçisi 42 xalla 4-cü pillədə qərarlaşıb. Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə üstələyib. aia.az Geri dön |