Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 101 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 101 nəfər saxlanıldı


Bu gün, 10:26. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 101 nəfər saxlanıldı

Martın 8-də və 9-da ölkə ərazisində qeydə alınan 98, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər saxlanılıb.

aia.az
Geri dön