Ana Sayfa > Ölkə > Millət vəkili Azər Badamov vətəndaşlarla növbəti görüşünü keçirib

Millət vəkili Azər Badamov vətəndaşlarla növbəti görüşünü keçirib


Bu gün, 10:07. Yazar: sevinc1
Millət vəkili Azər Badamov vətəndaşlarla növbəti görüşünü keçirib

Aşağı Ləyər kəndində sakinlərlə səmərəli və açıq dialoq şəraitində səyyar qəbul keçirdik. Görüş zamanı kəndin əsas sosial və infrastruktur problemləri gündəmə gətirildi. Sakinlər içməli və suvarma suyunun təminatı, elektrik şəbəkəsinin yenidən qurulması, torpaq aktları, yolun cari təmiri və kənd stadionunun yenilənməsi kimi vacib məsələlərin həllini xahiş etdilər.

Qaldırılan bütün məsələlər qeydiyyata alındı və aidiyyəti dövlət qurumlarına müraciətlərin edilməsi üçün müvafiq addımlar atılacaq.

Bütün sakinlərə fəal iştirak etdikləri üçün təşəkkür edirəm!

Azər Badamov
Milli Məclisin deputatı

Geri dön