Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel > Səhiyyə Nazirliyi ilə bağlı 10 milyonluq - Sərəncam
Səhiyyə Nazirliyi ilə bağlı 10 milyonluq - Sərəncam18-09-2015, 23:20. Yazar: admin |
Azərbaycan Prezidenti İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “1. Ağsu şəhərində Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 10 (on) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”. Geri dön |