Ana Sayfa > Ölkə > Bakının bu ərazilərində su yoxdur
Bakının bu ərazilərində su yoxdur7-03-2025, 15:47. Yazar: sevinc1 |
![]() Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri zamanı boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bu barədə aia.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib. Bu səbəbdən işin icrasının 8 mart tarixinə qədər davam etdirilməsi zərurəti yaranıb. Bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb. Sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək. aia.az Geri dön |