Ana Sayfa > Özəl > ABŞ-dakı ukraynalı qaçqınlarla bağlı flaş iddia! Ağ Evdən açıqlama
ABŞ-dakı ukraynalı qaçqınlarla bağlı flaş iddia! Ağ Evdən açıqlamaDünən, 22:19. Yazar: sevinc1 |
![]() Donald Tramp administrasiyasının ölkədəki təxminən 240 min ukraynalı qaçqının müvəqqəti hüquqi müdafiə statusunu ləğv edəcəyi xəbəri ilə bağlı Ağ Evdən açıqlama verilib. Ağ Ev bəyan edib ki, ukraynalı qaçqınların hüquqi müdafiə statusunun ləğv ediləcəyi xəbəri həqiqəti əks etdirmir. Ağ Evin sözçüsü Karolin Leavitt bildirib ki, Donald Tramp administrasiyasının ölkədəki təxminən 240 min ukraynalı qaçqının müvəqqəti hüquqi müdafiə statusunu ləğv edəcəyi xəbəri həqiqəti əks etdirmir. Ağ Evin sözçüsü Leavitt, X hesabında verdiyi açıqlamada bu gün Amerika mediasında əks olunan ABŞ-dakı ukraynalı qaçqınlarla bağlı iddianı təkzib edib. Leavitt bir xəbərə istinad edərək, "Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsindən qaçaraq ABŞ-a gələn və aprel ayında müvəqqəti hüquqi müdafiə statusu alan təxminən 240 min ukraynalı qaçqının statusunu ləğv etməyə hazırlaşır" ifadəsini işlədib və bunun "saxta xəbər" olduğunu bildirib. ABŞ sözçüsü açıqlamasında, "Bu, Reuters-in nədən danışdıqlarından xəbəri olmayan anonim mənbələrə əsaslanan növbəti saxta xəbərdir. Fakt: Hazırda heç bir qərar verilməyib". dedi. Sözügedən agentliyin xəbərində Tramp administrasiyasının ölkədəki təxminən 240 min ukraynalı qaçqının müvəqqəti hüquqi müdafiə statusunu ləğv etməyə hazırlaşdığı iddia edilib. aia.az Tərcümə şöbəsi Geri dön |