Ana Sayfa > Ölkə > “Xarı Bülbül” restoranında müştəriləri belə aldadırlar
“Xarı Bülbül” restoranında müştəriləri belə aldadırlarBu gün, 16:49. Yazar: sevinc1 |
![]() Bakının Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən “Xarı Bülbül” restoranında nöqsanlar aşkarlanıb. Xarı Bülbül Ailəvi İstirahət Mərkəzi - Menyu, Menu, Prices & Restaurant Reviews - Menyu, Qiymətlər & Restoran rəyləri - Monyo.az ![]() aia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. ![]() Bildirilib ki, Rəhimov Vahid Musa oğluna məxsus restoranda qurum əməkdaşları yoxlama keçirib. ![]() Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. ![]() Xarı Bülbül" restoranında nöqsanlar aşkarlandı Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib. ![]() Xatırladaq ki, bundan öncə AQTA Nizami rayonunda yerləşən “Sərin” restoranında da mənşəyi məlum olmayan ətdən yemək hazırlanması ilə bağlı məlumat yaymışdı. ![]() ![]() Geri dön |