Ana Sayfa > Gündəm / Aia TV / Karusel > İlham Əliyev Rusiyaya məscid açılışına gedir

İlham Əliyev Rusiyaya məscid açılışına gedir


18-09-2015, 23:04. Yazar: admin
İlham Əliyev Rusiyaya məscid açılışına gedir

Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 23-də Rusiyaya səfəri gözlənilir.

Bildirilir ki, sentyabrın 23-də Moskvada yeni Moskva Cümə məscidinin açılışı olacaq.

Rusiya Müftiləri Şurasının sədri şeyx Ravil Qaynutdinin mətbuata verdiyi açıqlamaya görə, açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, din xadimləri həmçinin, Azərbaycan, Fələstin, İordaniya, Qatar, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İran və Özbəkistan liderləri iştirak edəcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri dəqiqləşib.
Geri dön