Ana Sayfa > Karusel / Gündəm > Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirildi
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirildiBu gün, 15:13. Yazar: sevinc1 |
![]() Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. DSX-dən aia.az-a verilən məlumata görə, mart ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Geri dön |