Ana Sayfa > Özəl > Azərbaycan qadınlarının cəmiyyətdəki rolu

Azərbaycan qadınlarının cəmiyyətdəki rolu


Bu gün, 14:56. Yazar: sevinc1
Azərbaycan qadınlarının cəmiyyətdəki rolu

Qadınlar cəmiyyətin mühüm tərkib hissəsini təşkil etməklə yanaşı, onların bütün sahələrdə fəaliyyəti danılmazdı.
Azərbaycan qadınları yaşadığı dövrlərdən asılı olmayaraq həmişə ağıllı, fədəkar, ləyaqətli olub, öz xalqının, dövlətinin inkişafında və formalaşmasında böyük rol oynamışdılar. Dastanlarda adları keçən Azərbaycan qadınları döyüş meydanlarında at belində yağı düşmənə qarşı vuruşmuş, qəhrəmanlıq salnamələri yazmışlar. Tarix boyu sərkərdə qadınlarımız ta bu günə qədər kişilərdən geri qalmamışlar. Azərbaycan ərazisində yaranmış dövlətlərin diplomatik əlaqələrində, müharibələrin qarşısının alınmasında mühüm addımlar atmışlar.
1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə Şərqdə ilk dəfə qadınlarımıza seçki hüququ verildi.
İllər, əsrlər keçdikcə Azərbaycan qadını daha çox maariflənməyə, bilgilərə sahib oldu. Azərbaycan qadınının bütün sahələrdə fəaliyyəti danılmazdı.
Tarix boyu sədaqətli, cəngavər qadınlarımıza şerlər, dastanlar qoşulub, mahnılar bəstələnib.
Adın şərəflidir sənin ey qadın,
Dahilər anası çağrılır adın!
Ümummilli lider Heydər Əliyev Azərbaycan qadınının azadlığına, siyasi fəaliyyətinə çox böyük əhəmiyyət verdiyi üçün 1998-ci ildə onun təşəbbüsü ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı . Qadınların hüquq və azadlıqlarına daha geniş yer verildi.
Azərbaycan qadını Vətən, torpaq, sevgisini Qarabağ müharibəsində bir daha sübut etdi. Bəli! Müharibədə qəhrəmanlıq, igidlik göstərən, Vətənini, torpağını canından çox sevən, öz şirin canını yağı gülləsinə sipər edən Şəhidlərimizin anasıdır.

Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi.
Geri dön