Ana Sayfa > Təhsil > Məktəb direktor Sevda Sarıyeva müəllimlərə dərs saatlarını necə verir?

Məktəb direktor Sevda Sarıyeva müəllimlərə dərs saatlarını necə verir?


Bu gün, 11:21. Yazar: sevinc1
Məktəb direktor Sevda Sarıyeva müəllimlərə dərs saatlarını necə verir?

Dərslər pulla satılır, direktor isə məktəbi onlayn idarə edir.

aia.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri belə bir iddia ilə çıxış ediblər.

Məktəbin müəllim kollektivi ilə direktor Sevda Sarıyeva arasında yaşanan problemlər illərdir ki, bitmir.

Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta təhdid də edilirlər.

Müəllimlərin iddialarına görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.

Müəllimlər üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciət ediblər.

Ətraflı süjetdə:




Bakı şəhəri 301 nömrəli tam orta məktəbin bir qrup müəllimi tərəfindən məktəbin direktoru barəsində bir müddət əvvəl ünvanlanmış müraciətlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb.

Bildirilib ki, məktəbin direktoru Sarıyeva Sevda Rövşən qızına əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə xəbərdarlıq edilib.
Geri dön