Ana Sayfa > Siyasət > Humanizm və qayğıkeşlik mücəssəməsi

Humanizm və qayğıkeşlik mücəssəməsi


Bu gün, 10:09. Yazar: sevinc1
Humanizm və qayğıkeşlik mücəssəməsi

1918-1920-ci illər ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərq dünyasında qadınlara seçib-seçilmək hüququ verən ilk dövlət olmaqla yanaşı, eyni zamanda da bu cəhətdən bir çox Qərb ölkələrini də qabaqlamış oldu. Məsələ bundadır ki, bu gün özlərini dünyaya demokratik dəyərlərin daşıyıcıları kimi təqdim etməyə çalışan bəzi Avropa dövlətlərinə bu addımı atmaq üçün hələ bir neçə onilliklər lazım oldu.

Tarixin inkarolunmaz faktları sübut edir ki, hələ orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib. Ölkə Prezidenti cənab İlham Əliyev məhz bu məsələni ön plana çıxararaq öz çıxışlarından birində belə bir mühüm məqamı vurğulamışdır ki, Avropanın bir çox qadın ədiblərinin öz əsərlərini uydurma kişi adları ilə imzalayaraq ictimaiyyətə təqdim etmək məcburiyyətində qaldıqları dövrlərdə Azərbaycan qadınları öz adlarını şanlı və qədim tariximizin səhifələrinə qızıl hərflərlə yazırdılar.

Məlum olduğu kimi, müasir Azərbaycanda qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Qadın şəxsiyyətinə hər zaman böyük hörmətlə yanaşan Ulu Öndərimizin qətiyyətli addımları nəticəsində qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun aparıcı istiqamətlərindən birinə çevrilib. Bu gün isə, artıq ölkənin bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilib.

Xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq aləmdə müasir Azərbaycan qadının müsbət imicinin formalaşmasına və nüfuzunun getdikcə daha çox yüksəlməsinə xidmət edir. Bu fəaliyyət qadınların ölkəmizin ictimai həyatında daha fəal iştiraka cəlb edilmələri üçün müstəsna əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. Ölkənin birinci xanımı həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində özünün daha parlaq təcəssümünü tapır. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri bir sıra ölkələri, hətta qitələri əhatə etməklə ölkəmizə daim yeni dostlar qazandırır.

Hazırda Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti bu sahədə Azərbaycanı dünyanın ən qabaqcıl dövlətləri sırasına çıxarıb. Ölkəmizdə qadın problemləri daim dövlətin xüsusi diqqət mərkəzində saxlanır və bu sahəyə hər zaman xüsusi qayğı göstərilir. 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı bu münasibətlə Azərbaycan qadınlarına təbrik ünvanlayır. Cənab Prezident İlham Əliyevin Sərəncamlarına əsasən ölkəmizin inkişafında, xalqımızın və dövlətimizin qazandığı uğurlarda xüsusi rolu olan qadınlarımız fəxri adlar alır, orden və medallarla təltif edilirlər.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Geri dön